Əlverişsiz havadan yararlanan taksilər: Qiymətlər artdı - VİDEO
Taksi qiymətləri 4 dəfəyə qədər artıb.
Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtda yağışla əlaqədar taksi xidmətlərində bahalaşma müşahidə olunur. Belə ki, ekonom taksilərdə qiymət 2-3 dəfəyə qədər artsa da, komfort taksilərdə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək yüksəlib.
Sakinlər də 1 gün öncə gedişhaqqı təqribən 3 manat olan məsafələrə bu gün 12 manat tələb edildiyini deyirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, taksi qiymətləri bazarın tələbi və təklifi əsasında formalaşır.
Məsələ ilə bağlı “Bolt” və “Uber”lə əlaqə saxlanılıb.
Daha ətraflı videoda: