Elza AĞ YUYUB, QARA SƏRDİ: “Ay yazıqlar ölmüsünüz, yerdən götürəniniz yoxdur”
“Ay yazıqlar, ay bədbəxtlər, ay qoca sarsaqlar, ölmüsünüz e, sizi yerdən götürən yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Öz aramızda” verilişində deyib.
Müğənni-bəstəkar onu lağa qoyan insanları hədəfə alıb:
“Evdə oturmuşdum, mənə zəng gəldi ki, Elza xanım, sizi Ermənistanan konsertə dəvət etsələr, gedərsinizmi? Vaxt var idi, Zeynəb Xanlarova və digər sənətçilər də orada konsert veriblər. Nə deməliydim, yox deməliydim? Dedim, əlbəttə, mən İrəvanda açıq hava altında “Qarabağ Azərbaycandır” adlı konsertə hazırlaşıram. Sevilən şeirlərimi də səsləndirəcəyəm. Götürüb məni müzakirəyə qoyurlar ki, buna bax e, Elza Seyidcahan gedib Ermənistanda konsert verəcək, özü də köhnə şəkillərimlə… Amma ermənilər mənim ən gözəl geyimlərimdə şəkillərimi verib, yazıblar ki, Seyidcahan “Qarabağ Azərbaycandır” adlı konsert verməyə gəlir, şeirlərini də söyləyəcək. Ay yazıqlar, ay bədbəxtlər, ay qoca sarsaqlar, ölmüsünüz e, sizi yerdən götürən yoxdur. Guya o şəkillərimi verməklə məni nəzərdən salırsınız? Daha da qaldırırsınız. Allah məni çoxdan qaldırıb e göylərə… Şeirimdə də demişəm:
“Çapın məni zirvələrə,
Qübbələrdə tikim sizi”.
Siz məni məni zirvələrə çapsanız, sizi qübbələrdə tikəcəyəm”.
Nehru












