!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmanətçilərə ŞAD XƏBƏR: 10 min dollaradək əmanətlər geri qaytarılır

!Reklam – Yazi

“Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”.

Yenicag.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov müflis elan edilmiş banklarda saxlanılan əmanətlərin geri qaytarılma mexanizmini açıqlayıb.

İqtisadçının sözlərinə görə, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq:

“Ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq.

Kompensasiya “Kapitalbank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək. İlkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq.

Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi.

Amma vətəndaş pulu geri ala bilmirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi. Qeyd edək ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir”.

www.yenicag.az

5949
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv