Əməkdar artist illərdir kirayədə yaşayır: “Utanıram...”
Tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova kirayədə yaşayırmış.
Yenicag.az xəbər verir ki, bu barədə aktrisa ilk dəfə “Öz aramızda” verilişində danışıb:
“Üç ildir kirayədə yaşayıram. Kənardan baxan elə bilər ki, 47 ildir sənətdə olan statuslu bir aktrisa niyə bu vəziyyətdədir? Amma mən heç vaxt ağlamamışam, heç vaxt ağız açıb kimdənsə nəsə istəməmişəm.
Əvvəllər Mirzəağa Əliyev küçəsində qalırdım. Oranı sökdülər, lakin verilən kompensasiya ilə mərkəzdə ev almaq mümkün deyildi. Əhmədlidən ev aldım, 15 il orada yaşadım. Lakin şəhərin mərkəzində doğulan bir insan kimi mərkəzə qayıtmaq üçün o evi satdım. Elə o vaxt da qiymətlər kəskin bahalaşdı. Qazancım o qədər deyil ki, yenidən ev ala bilim. İcra Hakimiyyətindən isə dedilər ki, ‘sənə veriləcək evimiz yoxdur’. Axı mən ömrümü, sağlamlığımı bu sənətə qoymuşam!”
Nehru












