Əməkdar Artist KİMƏ SƏSLƏNDİ: “Sən kimsən, mənə bu sözləri yazırsan?”
“O dəqiqə yazırlar, bu mərmərdən niyə baxmır? Bu, hələ ölmür, yaşayır?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, əməkdar artist Ruhəngiz Allahverdiyeva “Öz aramızda” verilişində deyib.
Sənətçi ona təhqiramiz fikirlər yazaraq ruhdan salmağa çalışan insanlara səslənib:
“50-40 yaş olmamış büzülməyin, lazım deyil. Gözəl qalın. Özünüzə baxın, özünüzü sevin. Həyata bir dəfə gəlirsiniz. Mən gözəllik sevirəm. İnsanların mənə qarşı sevgisi olmasa, ölə bilərəm. “O dəqiqə yazırlar, bu mərmərdən niyə baxmır? Bu, hələ ölmür, yaşayır? Cavanlar baxır mərmərdən. Sən kimsən ki? Ömrü verən sən deyilsən. Dünyaya gəlişimizi, gedişimizi bilən Odur. Ruhu da aparan Odur. Allahın işinə qarışmaq olmaz. Düzdür, Allahın işinə qarışıb estetik əməliyyatlar edirik. Bu, səhvdir. Bu da yüngülvari şeylərdir, amma Allah bizi bağışlayacaqmı, bilmirəm?”
Nehru












