!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Nə qədər evdə oturmaq olar, bu, faciədir”

!Reklam – Yazi

“Bu gün bizim bayramımızdır, amma teatra gedə bilmirik. Çünki, teatrların qapısı bir ildir ki, bağlıdır. 47 ildir ki, səhnədə olan bir aktyor üçün bu, bir faciədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanov 10 mart Milli Teatr Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Aktyor pandemiyanın hər kəs kimi, teatr işçilərinə də ağır zərbə vurduğunu dilə gətirib:

“Bütün həmkarlarım üçün Milli Teatr Günü çox əziz bir bayramdır. Əslində hər il bayram günlərini səhnədə təmtəraqla qeyd edirik. Bu il bu fürsətimiz olmadı. Pandemiya bizə mane oldu, tamaşaçılarımızla görüşə bilmədik. Düz bir ildir ki, tamaşaçılardan ayrı düşmüşük, tamaşalar, məşqlər yoxdur. Belə bir vəziyyət bizim üçün çox çətindir. İnanın, səhnə üçün burnumun ucu göynəyir, darıxıram, evdə oturmaqdan bezmişəm. Nə qədər evdə oturmaq olar axı. Tək mən yox, ümumiyyətlə, bütün sənət adamları üçün bu, dəhşətdir. Səhnədən ayrı düşən aktyor sudan çıxarılan balığa bənzəyir. Açılsın o qapılar, biz yenidən səhnəyə çıxaq, yenidən sevənlərimizin görüşünə gedək. İndiki halda bu bəla ilə barışmağa məcburuq.
Ona görə də vaksinlərimizi vurdurmalı, qaydalara əməl etməliyik ki, bu bəla tez ötüb getsin”.

Cəvahir

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv