!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Pandemiya hamımızı məhv edir”

!Reklam – Yazi

“Pandemiya hamımızı məhv edir”.

Bunu tanınmış aktyor, əməkdar artist Hicran Nəsirova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa pandemiya adlı bəlanın Azərbaycan incəsənətini dağıtdığını bildirib:

“Pandemiya adlı bəla aktyorlara həm fiziki, həm mənəvi cəhətdən mənfi təsirini göstərdi. Azərbaycan incəsənətini isə dağıtdı. Yaxşı ki, bu seriallar var, çəkildim. Boş qalmadım, buna sevinirəm ki, tələb olunan aktrisayam. Amma teatr ayrıdır. Teatrdan aldığımız enerji, zövqü heç nədən ala bilmirik. Bizim evimiz, həyatımız səhnə və teatrdan ibarətdir. Bizi boğdular. Kino çoxdan dağılıb. Hər şey “üç badam bir qoza” dönüb.

Bu yaxınlarda Müslüm Maqomayev haqqında bir yazı oxudum. O böyük sənətkar ömrünün son 10 ilini işləməyib. Hiss edib ki, artıq dövr başqalaşıb, böyük sənətə qiymət verən yoxdur. Buna görə də etiraz əlaməti olaraq 10 il səhnədən ayrı düşüb. Səhnəsiz həyat onu ürək xəstəsi etdi və məhvinə gətirib çıxardı.

Sözümün canı budur ki, bu pandemiya da hamımızı məhv edir. Çünki yaradıcı adamlar özünə yer tapmır, səhnədən, teatrdan ayrı düşüblər və bu da mənəvi cəhətdən məhv olmaq deməkdir. Mən belə hesab edirəm”.

Cəvahir

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv