!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Qadın var ki, şalvar geyinən kişidən min dəfə qeyrətlidir”

!Reklam – Yazi

“Boşanan qadınların 99 faizi hamısı peşmandır, oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdur, nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir” – Müğənni Kərimin boşanmış qadınlarla bağlı efirdə söylədiyi bu fikirlər hələ də sənət cameəsində müzakirə olunmaqdadır.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev də bu fikirləri etirazla qarşılayıb.

O, yazıq sözünü qadın üçün təhqir kimi qiymətləndirib:

“Boşanmış qadın niyə yazıq olmalıdır ki? Qadın anadır, bacıdır, nənədir. Ona qalsa, elə qadınları yazıq edən kişilərdir. Qadın var ki, əyninə şalvar geyinən kişidən min dəfə qeyrətlidir. Qadını yıxan da kişidir, qaldıran da. Niyə anamı, bacımı, həyat yoldaşımı aşağılamalıyam ki? “Qadın yazıqdır” demək qadını təhqir etmək deməkdir. Hər kəsin yaxınları arasında boşanmış qadın ola bilər. Bu, taleyin qismətidir. Heç kim bilmir ki, sabah, o biri gün başına nə iş gələcək. Niyə axı boşanmış qadına həqarətlə baxılmalıdır? Əgər qadının bəxti gətirməyibsə, nadan kişi əlinə düşübsə, neyləməlidir, bir qanmaz kişiyə görə ömrünü-gününü çürütməlidir? Mənim bir qəzəlim var, “Canı ver canana ki, cana xoş olsun // Hər nadana can vermə, can naxoş olsun”. Qadın niyə canını onu başa düşməyən, ona zülm verən kişiyə hədiyyə etməlidir? Buna görə də mən həyatım boyu qadına yazıq, kimsəsiz kimi baxmamışam və baxanlara da normal baxmıram”.

Cəvahir

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv