Əməkdar artistdən SƏRT İSMARIC: "Uğursuzlar uğurluları həzm edə bilmir”
“Uğursuz insanlar heç vaxt uğurlu insanları həzm edə bilmir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Sahib İbrahimov “Öz aramızda” verilişində deyib.
Sənətçi sosial şəbəkələrdə neqativ rəylər yazan insanları “uğursuz” adlandırıb. O, özü haqqında da tez-tez belə rəylər yazıldığını açıqlayaraq hiddətini gizlətməyib:
“Baxırsan sosial şəbəkələrdə mənfi rəy yazırlar. O insanlar uğursuz insanlardır. Həyatda uğur qazana bilməyən insanlar uğur qazanan insanları heç vaxt həzm edə bilmirlər. Siz bir biləsiniz ki, mənə nələr yazırlar. Məsələn, yazırlar: “Mənim bu Sahib İbrahimovdan heç xoşum gəlmir”. Məndən yazmağa başqa səbəb tapa bilmirlər axı, gücləri belə sözlərə çatır”.
Nehru












