!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən ÜZÜCÜ XƏBƏR: Ağır əməliyyat keçirdi - SON DURUMU / FOTO

!Reklam – Yazi

Tanınmış aktyor, Əməkdar artist Sərvər Əliyev əməliyyat olunub.

Yenicag.az-a açıqlama verən aktyor ürəyinə stend qoyulduğunu bildirib:

“Sentyabrın 7-dən yenidən ürəyimdə ağrılar başlamışdı. Dərbəndə getdim və Nizami haqqında tamaşanı təhvil verdim. Özümü Bakıya zorla çatdırdım. Bakı Sağlamlıq Mərkəzində anju etdilər. Məlum oldu ki, üç damarım tutulub. Həkimlər qərara gəldilər ki, açıq ürək əməliyyatı olunum. Amma mən imtina etdim. Çünki açıq əməliyyatdan qorxuram və şəkərli diabetdən əziyyət çəkdiyim üçün bəlkə də yaram 6 aya sağalmayacaqdı. Stend qoydurmaq qərarına gəldim. Əməliyyat zamanı üç damarıma 4 stend qoyuldu”.

Əməkdar artist vəziyyətinin stabil olduğunu bildirib:

“Hələ ki yataq rejimindəyəm, vəziyyətim stabildir”.

Cəvahir

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv