!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əməliyyatlar gedən ərazidə lazım olan dronlar...” - EKSPERT

!Reklam – Yazi

“Rusiya ordusunda ABŞ-nin yüksək hündürlükdən kəşfiyyat aparmağa qadir olan “Global Hawk” kimi analoqu olmayan PUA-lar yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu “Pilotsuz nəqliyyat vasitələri: vəziyyət və perspektivlər” adlı onlayn konfransda çıxış edən pilotsuz sistemlər sahəsində aparıcı ekspert, “Pilotsuz Aviasiya” ixtisaslaşdırılmış nəşrinin baş redaktoru Denis Fedutinov deyib.

O, bildirib ki, beynəlxalq hava məkanında olarkən öz radio avadanlıqları ilə düşmən ərazisinin dərinliklərinə nüfuz edə bilən yerli qurğular bizdə hələ yoxdur.

“Döyüşdə işlədilən bir çox PUA növlərinin birdəfəlik olduğunu nəzərə almaq lazımdır. Bu cür qurğular yalnız bir neçə gün işlədilə bilər. Lakin dronlar döyüş zamanı çox yüksək qiymətləndirilir. “Global Hawk” – ABŞ-nin strateji kəşfiyyat aparatıdır. Onun kütləsi 12 tondan artıqdır. Göndərilən ərazidə bir gün qala, 5 min km məsafə qət edə bilir və 18 km hündürlüyə qədər qalxır. Bu PUA-nın qiyməti isə 200 milyon dollardır. Birləşmiş Ştatlar Qara dənizin neytral sularının üstündə olmaqla Krımın və Rusiyanın digər bölgələrinin böyük dərinliyə qədər multispektral kəşfiyyatını aparmaq üçün oxşar cihazlardan istifadə edir. Uzaqmənzilli pilotsuz təyyarələr sahəsində isə Rusiya ordusunda indiyə qədər kütləsi yalnız 1 ton olan Orion cihazları var. Onlar isə cəmi 7 km yüksəklikdə fəaliyyət göstərə bilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv