Emin Əmrullayev bir qrup təhsil işçisini təltif etdi

media-hightechnic-468x90

Azərbaycanda 174 təhsil işçisi Təhsil Nazirliyi tərəfindən təltif edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Onlar təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.

Təhsil işçilərinin 58-i “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 116-sı isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

Xatırladaq ki, oktyabrın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 51 müəllim “Əməkdar müəllim” fəxri adına, 71 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb. Həmçinin beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən 3 təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, 8 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600