İş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə RƏSMİ AÇIQLAMA
Azərbaycanda Yeni il bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə yayılan xəbərlər cəmiyyətdə ciddi suallar doğurub.
Yenicag.az xəbər verir ki, bəzi media resurslarında 29–30 dekabr tarixlərindəki iş günlərinin 27–28 dekabr (şənbə və bazar) günləri ilə əvəz ediləcəyi barədə məlumatlar paylaşılıb. Bu məlumatlar vətəndaşlar arasında bayram planları ilə bağlı çaşqınlıq yaradıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Yenicag.az-a bildirib ki, Nazirlər Kabinetinin dekabr ayının iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı heç bir rəsmi qərarı yoxdur. Onun sözlərinə görə, mediada yayılan bu cür iddialar həqiqəti əks etdirmir.
Samir Məcidov












