Emin ilk dəfə Azərbaycan dilində oxudu – Video

media-hightechnic-468x90

31286_9wjj59ypy0Müğənni-bəstəkar Eminin xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet oxumasını xəbər vermişdik.

İfaçıların dueti artıq hazırdır. Onlar birlikdə SSRİ xalq artisti, mərhum Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndiriblər.
Bu haqda İnstaqram səhifəsində yazan Emin mahnının onun repertuarında ilk Azərbaycan dilində bəstə olduğunu vurğulayıb:
“4 dekabrda nəzərdə tutulan konsertdə Zülfiyyə Xanbabayeva ilə birlikdə oxuduğumuz mahnını təqdim edəcəyik. Bəstəni dahi Müslüm Maqomayev yazıb. Bu mənim doğma Azərbaycan dilində oxuduğum ilk mahnı olacaq. Mənim üçün böyük məsuliyyət və məna kəsb edir”.

Emin mahnıdan bir hissəni təqdim edib.

Xatırladaq ki, Emin ad günü münasibətiylə “Crystal Hall”da konsert verəcək. Gecədə rus estradasının tanınmış simaları Stas Mixalkov, Qriqoriy Leps, İrina Dubsova, Svetlana Loboda və başqalarının da çıxışı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600