Əmirbəyovun SENSASİON MÜSAHİBƏSİ: Bakı Tehran və Təl-Əvivə NƏ TƏKLİF ETDİ?

media-hightechnic-468x90

“Ötən ilin iyun ayında İran ilə İsrail arasında 12 gün davam edən müharibə ən çox Azərbaycanda narahatlıq doğurmuşdu. Azərbaycan bir tərəfdən İsraillə yaxşı münasibətlər üzərində xarici siyasət yürüdür, digər tərəfdən isə İranla qonşuluq edir”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

Analitik Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovun “I24 News”a müsahibəsində İran və İsrail arasındakı münaqişədə Azərbaycanın tutduğu rolla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, diplomat müsahibəsində bildirib ki, Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir.

Proseslərə münasibət bildirən H. Oktay isə söyləyib ki, bu müharibə zamanı İran rəsmilərinin İsrail-Azərbaycan münasibətlərini nəzərə alaraq Azərbaycana təhdidlər yönəltməsi Azərbaycanın bölgədə nə qədər həssas mövqedə olduğunu göstərməsi baxımından olduqca əhəmiyyətlidir:

“Gələcək günlərdə baş verə biləcək İran-İsrail toqquşmasının daha geniş areala yayılacağı təqdirdə, bundan Azərbaycanın mənfi təsirlənməsi mümkündür. Məhz buna görə, Azərbaycanın Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov vəziyyətin ciddiyyətini nəzərə alaraq Azərbaycanın mümkün İran-İsrail münaqişəsində tərəf tutmayacağını öncədən bəyan edib və ölkənin bitərəfliyini elan edib. Tərəflər arasındakı gərginliyin dialoq yolu ilə həll edilə biləcəyini vurğulayan səfir, əslində, İran ilə İsrail arasında gizli vasitəçi rolunu oynaya biləcəyini də ifadə edib”.

O, həmçinin söyləyib ki, Rusiya-İsrail gərginliyi və İran-Rusiya dostluğu nəzərə alındıqda, İsrailin genişmiqyaslı hücumu zamanı Rusiyanın prosesə qoşulma ehtimalı ortaya çıxır:

“Bu halda Xəzər dənizi Rusiyanın İran üçün təchizat marşrutu kimi istifadə oluna bilər ki, bu da sülh və enerji gölü sayılan Xəzəri müharibə coğrafiyasına çevirərək Azərbaycan üçün ciddi risk yaradar. Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində hiss olunan gərginlik də bu mənzərədə mühüm yer tutur. Bu səbəbdən, Azərbaycanın atacağı ən vacib addım, Elçin bəyin də dediyi kimi, açıq və ya gizli diplomatiya yolu ilə İran-İsrail toqquşmasını dayandırmağa çalışmaqdır. Əgər bunu bacarmasa belə, heç olmasa, indidən bitərəfliyini elan etməklə, Azərbaycanı bu münaqişədən minimal zərərlə qorumağa nail ola bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa