Əmircan sakini iki nəfəri bıçaqladı
Bakının Əmircan qəsəbəsində iki nəfəri bıçaqlamış şəxs tutulub
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 8-də Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakinləri Arif Abbasov və Şahrza Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Həkimlərinə səyinə baxmayaraq, Ş.Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Rövşən Əliyev tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.