Əmisi oğlunu bıçaqlayıb

media-hightechnic-468x90

1397468952-490Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb.  1983-cü il təvəllüdlü, Quba rayonunun Qəşrəş kənd sakini Hacıyev Anar Qurbanəli oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirildiyi müəyyən olunub. Əməliyyat olunan A. Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini zərərçəkənin əmisi oğlu, 1983-cü il təvəllüdlü Qəşrəş kənd sakini Hacıyev Amil Güləli oğlu tərəfindən törədildiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən A. Hacıyev saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600