!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak bazarında ABSURD TENDENSİYA: “Aktivlik aşağı düşsə də, mənzillərin qiyməti artıb” - Nüsrət İbrahimov

!Reklam – Yazi

“Pandemiyadan əvvəl təməli qoyulan yeni binaların sayı 60-80-ə çatırsa, pandemiya dövründə bu göstərici 20-ni keçməyib”.

Yenicag.az xəbər verir ki, bu sözləri pandemiya dövrünün əmlak bazarına təsirlərini dəyərləndirən “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Nüsrət İbrahimov bildirib ki, ötən ilin mart ayından bu il aprel 1-nə kimi əmlak bazarında aktivlik 10,76 faiz aşağı düşüb:

“Aktivliyin azalmasına baxmayaraq, qiymətlərdə 10,34 faizlik artım müşahidə olunur. Pandemiya dövrünə qədər hər bir tikinti obyektində işlər orta və ya intensiv sürətlə davam edirdi. Tikinti işlərinin getdiyini görən potensial alıcılar həmin binadan mənzil almağa üstünlük verirdilər.

Lakin pandemiya dövrünün ilk aylarında tikinti obyektlərinin bəzilərində iş tamamilə dayandı və potensial alıcılar həmin binadan ev almağa ehtiyatla yanaşdılar. Ona görə də bazarda tikinti tempi aşağı düşdü, alıcılar bazardan müəyyən qədər çəkiliblər və təklif portfelində azalmalar müşahidə olunub.

Digər tərəfdən, yeni təməli qoyulan bəzi binaların sayı sıfıra düşüb. Ümumilikdə bu il daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması baş verəcək. Bu artımın gələn il də davam edəcəyi ehtimal olunur. Çünki pandemiyanın acı nəticələrini yaxın illərdə daha çox görəcəyik”.

Gülşən Şərif

COP29

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv