Reklam: High Technic
hightechnic

Ən asan yerləşmə icazəsi verən ölkələr hansılardır? - Bunun üçün milyonçu olmaq lazımdır

Avropada müvəqqəti yaşamaq üçün ən ucuz və ən əlverişli icazə verən ölkələrin yeni statistikası açıqlanıb. Nə qədər qəribə olsa da, bu ölkələrin verdikləri icazəni asan saymaq olmaz. Çünki bu icazə üçün istənilən məbləğ kifayət qədər yüksəkdir.

Avropa Birliyi ölkələri vizasız gəzmək üçün olduqca məşhurdur.

Avropa ölkələrindən hansı bir yerləşmə icazəsi almaq istərdiniz? Hansı tələbləri yerinə yetirməlisiniz? Bunun üçün nə qədər pul lazımdır?

Yenicag.az asan icazə verdiklərini açıqlayan ölkələrin hansı şərtlər və məbləğ qarşısında bunu etdiyini diqqətinizə çatdırır.

11 . Bolqarıstan


Bolqarıstanda 500 min avroluq dövlət istiqrazları alsanız, yerləşmə icazəsi əldə edə bilərsiniz. Həmçinin bu istiqrazları 5 il saxlamaq lazımdır.

10. Yunanıstan


Yunanıstanda D növü kimi tanınan viza alındıqdan sonra həm də pul xərcləməlisiniz. İş adamları isə 250 min avroluq iş yeri açmaqla Yunanıstanda müvəqqəti yaşamaq üçün icazə ala bilər.

9 – Monako


Monakoda sakinlər gəlir vergisi, kapital mənfəət vergisi və ya sərvət vergisi kimi öhdəliklərdən azaddırlar. Şengen bölgəsi ölkələrinə vizasız səyahət edə bilərlər.
Müvəqqəti yaşamaq icazəsi almaq üçün Monako bankında adınızı hesab açmalı və qaldığınız müddət ərzində orada 500 min avro məbləğ saxlamalısınız.

8 – Jersey adaları


Bu dəniz adası Birləşmiş Krallığın qanunlarına tabedir. Burada yalnız 625 min funt sterlinqdən çox gəlir əldə edənlər müvəqqəti yaşamaq üçün icazə ala bilər.

7 – Birləşmiş Krallıq


Bu ölkədə yaşayış icazəsi proqramları mərhələli şəkildə həyata keçirilir. Müvəqqəti yaşamaq icazəsi almaq üçün 1 milyondan 5 milyon avroya qədər sərmayə tələb olunur.

6 – Latviya


Latviyada müvəqqəti yaşamaq icazəsi almaq üçün 250 min avro dəyərində mülk almağınız mütləqdir. Ancaq, əlavə 5 faiz vergi ödəmək də lazımdır.

5 – İspaniya


İspaniyada ciddi işsizlik problemi olsa da, 500 min avroya müvəqqəti yaşamaq üçün icazə almaq olar.

4 – Malta


Malta daimi sakinlərə 15 faiz vergi tətbiq edir. Bu ölkədə 275 min avroluq daşınmaz əmlak almaqla müvəqqəti yaşamaq icazəsi əldə etmək olar.

3 – Portuqaliya


Portuqaliyada banka 1 milyon avro qoymaqla müvəqqəti yaşamaq üçün icazə almaq olar.

2 – Belçika


Belçika ən çətin müvəqqəti yaşamaq üçün icazə verən ölkələrdən biridir. Bunun üçün ən azı 500 min avro bank hesabın olmalıdır.

1 – Avstriya


Avstriya Belçika kimi mütləq şəkildə pul istəyir. Onlar investisiya tələb etməyən 10 növ yaşayış üçün icazə verə bilərlər.

Rəssamlar, jurnalistlər, fərdi sahibkarlıq fəaliyyəti olan şəxslər, şirkət işçiləri və başqaları pul ödəmədən də yaşaya bilərlər … Ancaq onlar da banka 2500 avrodan 40 min avroya qədər pul qoymalıdırlar.

www.yenicag.az

3885