Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ən böyük arzum əsgər olmaqdır” - 9 yaşlı məktəblinin QAZİLƏRLƏ GÖRÜŞÜ - VİDEO

Tanınmış aparıcı Sara Safuranın “Zəfər yolu” layihəsinin budəfəki çəkilişi Oğuz rayonunun Qumlaq kəndində baş tutub.

Yenicag.az-ın növbəti çəkilişi Oğuz məktəblisi 9 yaşlı Əli Əzimova həsr olunub.

44 günlük Vətən Müharibəsi zamanı əsgərlərə sovqat göndərən və məktub yazan Əli sürprizlə qarşılaşıb. Əlinin həyəcan və qürurdolu məktubu cavabsız qalmayıb. Gəncədə yaşayan Vətən Müharibəsi qaziləri Rəşad Həsənov, Cavad Nəhmədov, Anar Paşayev, Ruhin Ələkbərli balaca Əlinin məktubuna elə döyüş bölgəsində cavab yazıblar. Bundan sonra onlarla 9 yaşlı məktəbli arasında dostluq əlaqəsi yaranıb. Bir neçə gün öncə isə həmin qazilər Oğuzun Qumlaq kəndinə, Əlinin görüşünə gəliblər. “Ən böyük arzum əsgər olmaqdır”, – deyən Əli və onun ailəsi qazi dostlarını doğma kəndlərində sevgi və ehtiramla qarşılayıb.

Daha ətraflı videonu təqdim edirik:

Sara Safura
Cavid
Cəvahir

www.yenicag.az

468
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100