ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası kriptovalyutalara qarşı hərəkətə keçib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, adıçəkilən Komissiya ABŞ-ın ən böyük kriptobirjası olan “Coinbase”i məhkəmə iddiası ilə hədələyib.
Qeyd olunur ki, Komissiyanın bu xəbərdarlığına səbəb “Coinbase”in “Lend” kredit servisini istifadəyə verməsidir. Dövlət qurumu hesab edir ki, bu layihə ölkədə qiymətli kağızların qanunsuz dövriyyəsinin genişləndirilməsinə hesablanıb.
Komissiyanın hüquqşünası Pol Qrevalın sözlərinə görə, şirkət artıq bu barədə məlumatlandırılıb. O, əlavə edib ki, məhkəmə iddiası ilə əlaqədar “Lend”in istifadəyə verilməsi ən azı oktyabra qədər təxirə düşəcək.