Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ən çox 2 milyon, ən az 1 manat - Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edənlərin SİYAHISI

Yeni yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən fiziki şəxslərin siyahısı yayımlanıb.

Fondun əsas məqsədi ölkədə koronavirus pandemiyası ilə mübarizə üçün maliyyə dəstəyinin təmin edilməsidir.

Yenicag.az xəbər verir ki, ianə edənlər arasında ən böyük məbləği Rusiyadakı azərbaycanlı iş adamı Qod Nisanov edib. O, fonda 2 milyon manat pul bağışlayıb. İkinci böyük ödəniş isə iş adamı Müşviq Həsənov tərəfindən edilib. (180 000 manat)

Tanınmışlardan Mircəlal Paşayev 100 min manat, Müdafiə sənayesi naziri Mədət Quliyev 17 165 manat, Baş nazirin müavini Şahin Mustafayev 3090 manat, deputat Qənirə Paşayeva 2800 manat, muğam ifaçısı Mənsum İbrahimov 1000 manat ianə edərək siyahının səxavətliləri sırasında yer alıblar.

Deputat Zahid Oruc 500 manat, BAXCP sədri Qüdrət Həsənquliyev 500 manat, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı 15 manat, yazıçı Yunus Oğuz 5 manat, tanınmış iqtisadçı Nazim Bəydəmirli isə 1 manat məbləğində ianə edərək ən az pul köçürənlər sırasındadırlar.

Aslı İsmayılzadə

www.yenicag.az

1804