Ən pis işləyən smartfonlar – SİYAHI – Yenicag.Az

Reklam

Reklam

“Blancco” şirkəti 2018-сi ilin birinci rübündə smartfonların təhlükəsizliyi və problemsizliyi üzrə tədqiqatın nəticələrini dərc edib. “Android” platformaları arasında ən problemli və pis işləyən 27,4 faiz göstərici ilə “Samsung” smartfonları olub.

Yenicag.az “ICTnews”a istinadən yazır ki, reytinqdə ikinci yeri “Xiaomi” (14,2 faiz), üçüncünü isə “Motorola” (9,6 faiz) smartfonları tutub.

Məlumata görə, “Android” əməliyyat sistemli smartfonlarda məhsuldarlıq, kamera, mikrofon, akkumulyatorun enerjisinin tez tükənməsi ilə əlaqədar problemlər müşahidə olunur. Bu ilin birinci rübündə “Android” smartfonlarının 34 faizində məhsuldarlıqla bağlı problemlər qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 10 faiz təşkil edib.

Ən problemli “Apple” smartfonu “iPhone 6” (22 faiz) seçilib. İkinci pillədə 16 faizlə “iPhone 6s” modeli qərarlaşıb. Ekspertlər qeyd edir ki, smartfonların hər ikisi sensor ekran, ekranın gözlənilmədən sönməsi və ya boz rəngli zolaqlarla əlaqədar bir sıra problemlərə malikdir. “Apple” smartfonlarında daha çox problem “Bluetooth” və “Wi-Fi” ilə qoşulmada, eləcə də məhsuldarlıqda müşahidə edilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1519
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."