Ən təcrübəli olsa da, “2-ci şansı” da gətirmədi – VİDEO
ATV-nin “Kəlmə-Kəlməyə” meyxana şousu bu dəfə duel şəklində baş tutmadı.
Yenicag.az xəbər verir ki, tanınmış meyxana ustadı bu həftə “öz evində” qəbul edəcəyi həmkarı Şəhriyar Hacıyevlə duelə çıxa bilmədi.
Buna səbəb Vüqarın səhhətində yaranan ciddi problem olub.
Belə ki, oyunun şərtlərinə görə, Şəhriyar Hacıyevə texniki qələbə verilib.
Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan “Kəlmə-Kəlməyə” meyxana yarışında bu həftə Rəşad Həkimi və Cəlil Əliyev qarşı-qarşıya gələcəklər.












