“Ən tənbəl vətəndaş” – Qeyri-adi müsabiqənin qalibi kim olacaq?

media-hightechnic-468x90

Ölkənin ən ərincək insanın müəyyənləşdirmək məqsədi ilə xüsusi müsabiqə keçirilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Çernoqoriyada “Ən tənbəl vətəndaş” müsabiqəsi təşkil olunub.

Məlumata görə, ölkənin Brezna şəhərində keçirilən müsabiqəyə ilkin mərhələdə 21 nəfər qatılsa da, hazırda sadəcə 7 iştirakçı artıq 20 gündür kiçik xalçaların üzərində uzanıqlı vəziyyətdə qalmaqdadır.

Qaydalara əsasən, iştirakçılar dikələ və ya otura bilməzlər. Əks halda, müsabiqədən kənarlaşdırılacaqlar. İştirakçılara hər 8 saatdan bir təbii ehtiyaclarını ödəmək üçün 10 dəqiqə vaxt verilir.

Müsabiqənin qalibinin 1000 avro mükafat qazanacağı bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600