Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Enactus Dünya Kubokunda Azərbaycanı bu komanda təmsil edəcək - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən “2021 Enactus Azərbaycan Milli Yarışı” yekunlaşıb.

25 avqust tarixində baş tutan Milli Yarışın yarımfinal mərhələsi zamanı komandaların təqdimatları münsiflər tərəfindən qiymətləndirilib və Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti  komandaları final mərhələsinə vəsiqə qazanıb.

26 avqust tarixində baş tutan final mərhələsində 4 komanda Enactus Azərbaycan İdarə Heyətinin üzvləri qarşısında layihə təqdimatlarını edib, heyət üzvləri tərəfindən ünvanlanan müvafiq sualları cavablandırıblar.

Qeyd edək ki, Enactus Azərbaycan idarə heyətinin sədri, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BP şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli münsiflər kürsüsündə komandaların layihələrini dəyərləndiriblər. Yekun rəyə əsasən, 124 xalla Bakı Ali Neft Məktəbi çempionatın qalibi seçilib.

Qalib  komanda Azərbaycanı 14-21 oktyabr tarixlərində keçiriləcək Enactus Dünya Kubokunda təmsil edəcək. Münsiflər heyətinin qərarına əsasən, Sumqayıt Dövlət Universitetinin komandası 2-ci,  Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 3-cü yerə layiq görülüb. Sonda qalib gələn komandalara mükafatlar təqdim edilərək, xatirə şəkli çəkdirilib.

Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirən dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. Enactus Proqramı 1975-ci ildə ABŞ-da yaradılıb və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Enactusu Azərbaycanda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir. Hazırda 35-ə yaxın ölkəni təmsil edən komandalar hər il keçirilən Enactus Dünya Kubokunda öz ölkələrini və universitetlərini təmsil edirlər.

 

www.yenicag.az

185
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100