“Ənənəvi dəyərlərin mediada təşviqi” mövzusunda tədbirlər keçiriləcək

media-hightechnic-468x90

 

“Modern ailə dəyərlərinin təşviq edilməsində medianın rolunun artırılması” mövzusunda tədbirlər keçiriləcək.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi” adlı layihə çərçivəsində icra olunacaq. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Mədət Məmmədov bildirib ki, yaşadığımız dövrdə ailə institutunun dağılmasına yönəlik proseslər intensivləşib: “Statistik məlumatlara görə, son iki il ərzində boşanmaların sayı  35 % artıb. Digər tərəfdən, yeni ailələrin qurulması kəmiyyətcə azalıb. İndiki templə davam edərsə, növbəti illərdə mövcud ailələrin sayı minimuma enəcək, ailənin  bir institutut olaraq  sıradan çıxması prosesi sürətlənəcək. Bu tendensiyanın səbəbləri fərqli amillərlə əlaqədardır. Onların sırasında modern ailə anlayışı üzrə bilgilərin məhdud olması faktı da önə çəkilir. Ailə institutunun modernləşməsi mütləqdir. Ailə institutunun qorunub saxlanılması, modern çağırışlara uyğunlaşdırılması, yad təsirlərdən qorunaraq milli dəyərlər üzərində inkişaf etdirilməsi prosesinə dəstək vermək  layihənin əsas məqsədidir. Media  müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla, bu prosesə töhvə vermək mümkündür”.

Mədət Məmmədov qeyd edib ki, layihə üç ay müddətində icra ediləcək: “Bu müddət ərzində modern ailə instutunun inkişaf etdirilməsində medianın rolunu artırılmasını ehtiva edən nəzəri fikirlər araşdırılacaq. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdiriləcək, məqalə halına salınaraq, dərc ediləcək. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri  və sosial media  fəallarının iştirakı ilə seminarların keçirilməsi planlaşdırılıb”.

 

AJHK İB Mətbuat Xidməti

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600