!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əntiq əşyalar OĞURLANDI – Hüquq-mühafizə orqanları HƏRƏKƏTƏ KEÇDİ - FOTO

!Reklam – Yazi

İstanbulda erkən xristianlıq dövrünə aid olduğu hesab edilən Tövrat və İncil kitabları oğurlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, oğrular müqəddəs kitablarla yanaşı türk folklorunda önəmli yerə malik olduğu düşünülən bir sıra tarixi döyüş əşyalarını da qarət ediblər.

Ceyran dərisindən hazırlanan, üzərində İsa Məsihlə Məryəm ananın şəkilləri olan İncil və İbranicə yazıları olan Tövrat tarixi əsər kimi qorunurmuş.

Bundan başqa, qarətçilər cümhuriyyət dövrünün ilkin mərhələsinə aid və xalq folklorunda önəmli yerə malik olduğu düşünülən kaftanlar, zabit qılıncları və sədəf tapançalarını da ələ keçiriblər.

İstanbul Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin apardıqları silsilə əməliyyatlar nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Sadiq Cavadov

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv