Hər kəsin gözü qarşısında dəhşət yaşandı

media-hightechnic-468x90

yine-koca-dehseti--5604087Yenicag.az xəbər verir ki, Türkiyədə bir qadın, ayrıldığı həyat yoldaşı tərəfindən yol ortasında bıçaqlanaraq öldürülüb.

Məlumata görə, 31 yaşlı Seda Camgöz, xeyli müddətdir keçmiş həyat yoldaşı Bülent Diler onu narahat edirdi. Səhər saatlarında həyat yoldaşının qarşısını kəsən Bülent yol ortasında onu bıçaqlayıb. Çox sayda bıçaq zərbəsi alan və həddindən artıq qan itirən qadının köməyinə ətrafdakı şəxslər yetişib. İki uşaq anası Camgöz, çağırılan təcili yardımla Dövlət Xəstəxanasına yetişdirildiyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bu zaman avtomobilə minərək qaçmağa çalışan “qatil” polislər tərəfindən saxlanılıb. Hadisəni eşidən Seda Camgözün yaxınları xəstəxanaya axın edib. Gənc qadının yaxınları göz yaşlarına boğulub.

Hadisə ilə əlaqəli təhqiqat zamanı, qadının bədənində 20 bıçaq zərbəsi aşkar edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600