Ər keçmiş arvadını küçədə qanına qəltan etdi – VİDEO

unnamed-6ARB TV xəbər verir ki, Bakıda bıçaqlanma faktı qeydə alınıb. Ər əlini keçmiş arvadının qanına bulayıb.

Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub. 41 yaşlı Kamran Bilalov küçədə keçmiş həyat yoldaşı Xatirə Bilalovanı aralarında baş verən mübahisə zamanı bıçaqlayıb və hadisə yerindən qaçıb. Yaralını xəstəxanaya hadisə şahidi olan taksi sürücüsü çatdırıb.

Həkimlər çoxsaylı bıçaq xəsarətləri olan Xatirə Bilalovanın vəziyyətinin ağır olduğunu bildirirlər. Kamran Bilalov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.