!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərbakandan sonra ilk mühəndis baş nazir: Binalı Yıldırım

!Reklam – Yazi

bn-prof3Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin 3-cü sədri olacaq Binalı Yıldırım bu həftə keçiriləcək qurultayın ardından baş nazir təyin ediləcək. Yenicag.az xəbər verir ki, B.Yıldırım mərhum Nəcməddin Ərbəkandan sonra mühəndis olan baş nazir olacaq.

Həmçinin, İstanbul Texniki Universiteti məzunu olan Yıldırım Turqut Özal, Süleyman Dəmirəl və Nəcməddin Ərbakanın “İTÜ-lü baş nazir” ənənəsini davam etdirəcək.

Binali Yıldırım 20 dekabr 1955-ci ildə Ərzincan vilayətində doğulub. İstanbul Texniki Universitetinin Gəmiqayırma və Dəniz Elmləri fakultəsini yüksək nəticə ilə bitirib. 1978-1993-cü illəri arasında Türkiyə Gəmi Sənayesi Gənəl Müdirliyində müxtəlif vəzifələrdə çalışıb. 1990-1991-ci illərdə İsveçin Beynəlxalq Dənizçilik Təşkilatına (İMO) aid olan Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə Can və Mal Güvənliyi İdarəetməsi sahəsində ixtisaslaşmış təhsil alıb. 1994-2000-ci illər ərzində İstanbul Böyük Şəhər Bələdiyyəsi İstanbul Dəniz Avtobusları İdarəetməsində müdir vəzifəsində işləyib. Binali Yıldırım 58, 59, 60, 61-ci Hökumətlər zamanında Türkiyə Cumhuriyyəti Çatdırılma (Ulaşdırma) Nazirliyi və TBMM-nin 22-ci seçki dövründə AK Partinin İstanbul, 23-cü seçki dövründə AK Partinin Erzincan, 24 və 26-cı seçki dövrlərində isə AKP-nin İzmirdən millət vəkili seçilmişdir.

2014-cü il yerli seçkilərdə İzmir Bələdiyyə Başqanlığı seçkilərində 36 faiz səs toplasa da, CHP namizədi Aziz Kocaoğluna məğlub olub. 5 iyun 2014-cü ildə Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi təyin edilib. 24 oktyabrda Əhməd Davudoğlu tərəfindən açıqlanan 64-cü hökumətdə Türkiyə Cumhuriyyəti dənizçilik və kommunikasiya naziri təyin edilib.

Vəzifədə olduğu müddətdə Marmaray, Yavuz Sultan Səlim Körpüsü, Avrasiya Tuneli və Osman Qazi Körpüsü inşa edilib.

2009-cu ildə Ankara və Eskişehir, 2011-ci ildə isə Ankara-Konya istiqamətində Yüksək Sürətli Qatar yolları istifadəyə verilib.

Binali Yıldırım evlidir, 2 oğlan, 1 qız olmaqla 3 övladı var. Həyat yoldaşı Semiha Yıldırım Ərzincanda doğulub, hazırda təqaüddə olan müəllimədir.

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv