Ərdoğan 3 ölkənin səfirini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya, Argentina və Qətər səfirlərini qəbul edib.
Yenicag.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Prezident İqamətgahında keçirilən qəbulda İtaliyanın səfiri Cüzeppe Manzo, Argentinanın səfiri Pablo Xose Rodriges Brizuela və Qətərin səfiri Faysal Abdullah H.A. Əl-Hənzab etimadnamələrini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediblər.
Səfirlər öz səfirlik əməkdaşlarını və ailə üzvlərini Prezident Ərdoğana təqdim etdikdən sonra xatirə fotosu çəkdiriblər.
Daha sonra Prezident Ərdoğan səfirlərlə təkbətək görüşlər keçirib.
Nəsimi Ələsgərli












