Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Bakıya gəlir: Nələr müzakirə ediləcək?

Reklam: High Technic

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. 

Yenicag.az türk mətbuatın istinadla xəbər verir ki, səfər öncəsi Ərdoğan hava limanında mətbuat konfransı keçirir.

“Sabah Bakıda təşkil olunacaq Zəfər tədbirlərində iştirak edəcəyəm. Ermənistanın başlatdığı hücumlardan sonra şanlı Azərbaycan ordusu işğal altındakı Qarabağdakı torpaqlarını qorumaq üçün uğurla mübarizə apardı. Prezident Əliyevin güclü rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı bu uğura çatmaqda əsas amillərdir. Səfərim çərçivəsində gerçəkləşdirəcəyimiz görüşlərdə qarşımızdakı dövrdə atılacaq addımlarla əlaqədar fikir mübadiləsi aparacağıq. Azərbaycanın qazandığı Zəfər ikili münasibətlərin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün zəmin hazırlayıb. İşğal edilən ərazilərin bərpası prosesində də Azərbaycanın yanında olacağıq, bu prosesdə yaxından iştirak edəcəyik, – Ərdoğan qeyd edib.

O, epidemiyaya qarşı birgə səylərin də nəzərdən keçiriləcəyini vurğulayıb.

www.yenicag.az

304