Ərdoğan Baykalı görüşə dəvət etdi

media-hightechnic-468x90

скачанные файлы (1)İyunun 7-dəki seçkinin ardından bu gün Ankarada sürpriz bir görüş baş tutacaq.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə siyasətinin tanınmış simalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan millət vəkili, bu partiyanın keçmiş lideri Dəniz Baykalla görüşəcək. Baykalın adının Böyük Millət Məclisinin sədrliyinə namizədlər arasında keçməsi səbəbindən bu görüşün ayrı bir əhəmiyyət daşıdığı iddia edilir.

Ərdoğanla Baykal;n yerli vaxtla saat 12:30-da Çankayadakı Xarici İşlər Nazirliyinin iqamətgahında görüşəcəyi bildirilir. Görüşü Ərdoğanın istədiyi də qeyd edilir. Baykalın da CHP lideri Kamal Kılıçdaroğluna görüşlə bağlı məlumat verdiyi vurğulanır.

Baykal ən yaşlı millət vəkili kimi parlamentin ilk iclasında müvəqqəti sədr olacaq. Baykal dünənki açıqlamasında deyib: “Türkiyə bir çıxış yolu tapmalıdır. AKP-nin bir koalisiya meydana gətirmək üçün çox ciddi problemlərlə üzləşəcəyi şübhəsizdir”. Ərdoğan ilə Baykalın görüşməsində seçki sonrası yaranan siyasi şərait və yeni koalisiya variantları üzərində dayanılacağı dilə gətirilir(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600