Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş baş nazir, TBMM sədri Binəli Yıldırımı “Şərəf” ordeni ilə təltif edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə hökumətinin 65-ci baş naziri Binəli Yıldırım vəzifədə olduğu müddətdə göstərdiyi xidmətlərə görə prezident tərəfindən təltif edilib. Ərdoğan “Şərəf” ordenini “fədakarlıqlar qarşısında vəfa borcunun nişanasi” adlandırıb və son 16 il ərzində millət vəkili, daha sonra isə baş nazir kimi fəaliyyət göstərən Yıldırıma sədaqətinə görə təşəkkür edib.
Xatırladaq ki, Binəli Yıldırım bundan sonra siyasi fəaliyyətinə TBMM sədri olaraq davam edəcək.
www.yenicag.az