Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək. 

Yenicag.az xəbər verir ki, iclasda iqtisadiyyatdakı son vəziyyət müzakirə ediləcək.

Beştəpədə keçiriləcək kabinet iclasının gündəmində digər mühüm mövzu terrorla mübarizə əməliyyatlarıdır. Ölkədaxili və sərhədyanı əməliyyatlardakı son vəziyyət müzakirə olunacaq.

Suriya ilə normallaşma prosesinin gündəmə gəlməsi də gözlənilir.

Nazirlər Kabinetinin iclasında İsrailin Qəzzaya hücumlarının dayandırılması ilə bağlı inkişaflar da dəyərləndiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600