!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan çevrilişlə bağlı ulduz futbolçuya zəng etdi

!Reklam – Yazi

receb_tayyip_erdogan_07Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ulduz futbolçu Samuel Etoya zəng vurub.

Yenicag.az 1xəbər.com-a istinadən bildirir ki, bu, ölkədə baş verən hərbi çevrilişə cəhd hadisəsi ilə bağlı olub.

Onlar sözügedən hadisə səbəbindən təxirə salınan xeyriyyə matçı ilə bağlı danışıb. İspaniya mətbuatının yazdığına görə, bu danışıq 16 iyul, yəni çevriliş baş verən günün sabahı reallaşıb. Kamerunlu hücumçuya zəng edib, həmin matçda iştirak edə bilməyəcəyini deyən Ərdoğan oyunu təxirə saldığı üçün isə ona təşəkkür edib.

Qeyd edək ki, hazırda “Antalyaspor”da çıxış edən kamerunlu hücumçunun təşkil edəcəyi xeyriyyə qarşılaşmasında Rəcəb Tayyib Ərdoğanla yanaşı, Lionel Messi, Andreas İnyesta, Didye Droqba, Arda Turan kimi ulduz futbolçuların iştirakı gözlənirdi.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv