Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri Xalid Məşəl ilə görüşüb. APA-nın məlumatına görə, bu barədə “Reuters”ə İsrail hökumətindəki mənbə bildirib.
Məlumata görə, Xalid Məşəl təfərrüatlarına varmadan regiondakı son hadisələr barədə Ərdoğana qısa məlumat verib.
Agentlik Ərdoğan-Məşəl görüşünün Türkiyə və İsrail münasibətlərinin bərpa olunmasına dair ilkin razılaşmanın əldə edilməsi fonunda keçirildiyini qeyd edir.
www.yenicag.az