!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan İncə ilə bağlı Kılıçdaroğlunu hədəfə aldı: "Dünən kasetlə partiya sədrliyinə gətirilənlər..."

!Reklam – Yazi

Türkiyə Prezodenti və  bu bazar keçiriləcək seçkilərdə prezidentliyə namizəd olan Rəcəb Tayyib Ərdoğan rəqiblərindən Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədliyini geri götürməsinə münasibət bildirib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun İncənin namizədliyini geri götürməsilə bağlı hədəfə alıb.

Ərdoğan CHP-nin keçmiş sədri Dəniz Baykala da intim münasibətini əks etdirən videonun yayılması nəticəsində tələ qurulduğunu və istefa etdikdən sonra yerinə Kılıçdaroğlunun keçdiyini xatırladaraq İncənin də eyni ssenarinin qurbanı olduğunu söyləyib.

“Dünən kasetlə partiya sədrliyi kreslosuna oturanlar bu gün də yenə eyni metodla prezidentliyə təyin olunmaq üçün çalışırlar. Gördünüz, nə etdilərsə, bir namizədi geri çəkilməyə məcbur hala gətirdilər. Analaşılan odur ki, FETÖ metodları yenə iş başındadır”.

Qeyd edək ki, Türkiyədə prezidentliyə namizəd olan 4 nəfərdən biri – Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürüb. İncə bunun “Ərdoğana satıldığını iddia edənlərə cavab” olduğunu bildirib.

Onu da xatırladaq ki, İncəyə son 45 gündür etibar sui-qəsdi edilərək saxta porno görüntüləri yayılmışdı.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv