Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan İranın Azərbaycana münasibətindən danışdı: "Oradakı azərbaycanlıların sayı ortadadır"

Reklam: Sinerji Pro

“Zəngəzur koridorunun açılması ilə bağlı qətiyyətimiz də eyni şəkildə davam edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Afrika səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Azərbaycana səfər edəcəyini bildirib:

“Proqramda Bakı yoxdur, ancaq hava limanını, inşallah, açırıq. Bu məsələ ilə bağlı İlham Əliyev qardaşımla da görüşmüşük. Zəngəzur koridorunun açılması ilə bağlı qətiyyətimiz də eyni şəkildə davam edir”.

İranın Azərbaycana qarşı tutumu haqqında da danışan Ərdoğan rəsmi Tehrana güney azərbaycanlıları nəzərə almağı məsləhət bilib:

“İsrailin Azərbaycanla olan münasibətlərinə görə İran Azərbaycanı hədəf taxtasına qoymaq kimi bir vəziyyətə girişməz. Çünki bu gün İrandakı azərbaycanlı faizləri ortadadır. Bu, əlbəttə ki, düşündürür, elə asan deyil. Edilən şey yanlışdır. Zənn edirəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”.

www.yenicag.az

162
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100