Ərdoğan: “İstanbulla Rotterdamın qardaşlaşmış şəhər statusu ləğv ediləcək”

media-hightechnic-468x90

“İstanbul Böyük şəhər Bələdiyyəsinə Rotterdamla qardaşlaşmış şəhər anlaşmasını birtəfərli qaydada ləğv etməsi barədə təlimat vermişik”.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayfonhisarda keçirilən tədbirdə bildirib.

“Rotterdamla İstanbul qardaşlaşmış şəhərdi. Bu barədə ötən gün baş nazirimizlə danışmışıq. Şəhər bələdiyyəsinə bununla bağlı razılığın birtərəfli qaydada ləğv edilməsinə dair təlimat verdik”, – o vurğulayıb.

Məlumata görə, 2005-ci ildə İstanbulla Niderland Krallığının Rotterdam şəhərinin “Qardaşlaşmış şəhərlər” elan edilməsi haqqında anlaşma imzalanıb.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa