Türkiyədə yaxınlaşan prezident seçkiləri siyasi arenada gərginliyi hər keçən gün artırır.
Yenicag.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu araya qoyub.
Belə ki, Ərdoğan çıxışlarında Kamal Kılıçdaroğluna hər zaman “Bay Kamal” deyə xitab edir. CHP sədri daha sonra bu xitabı siyasi şüar olaraq geniş istifadə etməyə başlayıb.
Sosial media hesabında paylaşım edən Ərdoğan Kılıçdaroğlunun bu xitabı geniş istifadə etməsinə münasibət bildirərək bunları yazıb:
“Məgər, “Bay Kamal” ifadəsini sevdi, o zaman ona bundan sonra istifadə edə biləcəyi yeni şüarını verirəm:
“Bay-bay, Kamal”.
www.yenicag.az