!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan: "Minsk qrupu Azərbaycan-Ermənistan münaqişəsini həll edə bilmədi"

Reklam: High Technic

“Azərbaycan nəhayətində öz göbəyini özü kəsdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət televiziyasının canlı yayımında deyib.

TRT özəl yayımına qonaq olan Ərdoğan ABŞ-Türkiyə münasibətlərindən bəhs edərkən Co Baydenə sərt ittihamlar səsləndirib.

Rəcəb Tayyib Ərdoğan Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinin iki ölkə arasındakı münasibətləri kəskinləşdirdiyini qeyd edib.

“Buşla, Obama ilə, Respublikaçılardan cənab Trampla işlədik, ancaq belə gərginlik yaşamadıq. Əksinə, telefon danışıqlarında çox hüzurlu idik (Trampı nəzərdə tutur – red.). Ancaq təəssüf ki, Baydenlə telefon danışıqlarımız rahat olmadı”, – deyə bildirən Ərdoğan sözlərinə belə davam edib:

“Minsk 3-lüyü kimi Azərbaycan-Ermənistan problemini həll edə bilmədilər. Azərbaycan nəhayətində öz göbəyini özü kəsdi. Gəlin, NATO ortağı olaraq çalışmalar edək, danışaq. Səndən öncəkilər bu ifadədən istifadə etmədilər. Biz buna üzülürük. Türkiyə bir qəsəbə dövləti deyil, kimsə onu dalana dirəyə bilməz”.

www.yenicag.az

338
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100