Ərdoğan partlayışın baş verdiyi şəhərə getdi - YENİLƏNDİ

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kömür mədənində baş verən partlayışla bağlı Bartinə gedib.

Yenicag.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyə lideri Bartində həlak olanların ailələrinə başsağlığı vermək üçün həm yaralı işçilər, həm də həyatını itirən işçilərin ailələri ilə görüşəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı Diyarbəkir səfərini təxirə salıb. O, Bartında görülən işlərlə hadisə yerində tanış olacaq.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 40 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600