Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirib.

Yenixəbər verir ki, Ərdoğan “X”də etdiyi paylaşımında “Terrorsuz Türkiyə” adı ilə qarşıya qoyulan hədəfə gedən yolda atılan bugünkü mühüm addımın xeyirlərə vəsilə olmasını diləyib.

“Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin”, – Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa