!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Sankt-Peterburqadadır

!Reklam – Yazi

1461531257Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə gəlib.

Ərdoğan Rusiyanın Sankt-Peterburq şəhərində həmkarı Vladimir Putinlə görüşəcək.

Bundan başqa Türkiyə dövlət başçısının səfəri ilə bağlı Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirilib. Mərkəzi küçələrdə polis əməkdaşlarından ibarət dəstələr növbə çəkirlər.

Eyni zamanda şəhərin əsas magistralı olan Liqovski prospekti bağlanıb.

Qeyd edək ki, 259 gün sonra bir araya gələcək olan liderlər 24 noyabr tarixindən əvvəlki münasibətlərin bərpasını müzakirə edəcəklər.

Gündəlikdə olan 5 əsas məsələ isə viza rejiminin ləğvi, çarter reyslərinin bərpası, Türkiyədən gedən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəzə, həmçinin türk iş adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji ilə bağlı olacaq.

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv