Ərdoğan Şaraa ilə görüşdü - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində ölkədə səfərdə olan Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib.
Yenicag.az xəbər verir ki, Ərdoğan və Şara arasında görüş prezidentin qalmaqda olduğu oteldə baş tutub.
Görüş mətbuata qapalı şəraitdə keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar, eləcə də Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani iştirak ediblər.