Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka 4 günlük səfərə gedib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Con Kenedi adına beynəlxalq hava limanında Rəcəb Tayyib Ərdoğanı və onun xanımı Əminə Ərdoğanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Siniroğlu, Türkiyənin ABŞ-dakı safiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsun Ertan Yalçın qarşılayıb.
Səfər zamanı R.T.Ərdoğanı Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak, Sənaye və Texnologiyalar naziri Mustafa Varank, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Rusxar Pekcan, Səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbuat katibi İbrahim Kalın və digərləri müşaiyət edirlər.
www.yenicag.az