Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-İran gərginliyində İsrailin son cavab tədbiri ilə bağlı ilk açıqlamasını verib.
Yenicag.az xəbər verir ki, Ərdoğan hər iki tərəfin fərqli şeylər söylədiklərini ifadə edərək, açıqlamalardakı uyğunsuzluğa diqqət çəkib.
Türkiyə lideri bu barədə Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb. “İsrail fərqli şeylər deyir, İran da fərqli fikirlər irəli sürür. Məsələnin ağlabatan izahı və ya sahibliyi yoxdur”, – deyə o bildirib.
“Siz deyə bilməzsiniz ki, İran öz bəyanatlarında həqiqəti deyir. Onsuz da İsrailin doğru danışdığını deyə bilməzsiniz. Onlar ABŞ-ı irəli sürüblər. Ən əsası isə BMT Təhlükəsizlik Şurasında verdiyi son açıqlamalarda ABŞ-ın İsrailin yanında olduğunu görürük. Burada hamı Fələstinin tərəfində olduğu halda, ABŞ təəssüf ki, İsrailin tərəfini tutmaqla öz mövqeyini nümayiş etdirir. Onsuz da fərqli bir şey gözləmirdik”, – Ərdoğan qeyd edib.
Türkiyənin Xarici İşlər Nazirliyi İsrail və İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
www.yenicag.az