!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan xalqa çağırış: "Zəlzələni bəhanə edib Türkiyə düşmənliyi edənlərə qulaq asmayın"

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşda baş verən və 9 şəhərdə böyük dağıntılara səbəb olan zəlzələni bəhanə edərək iqtidara qarşı kampaniya başladanlarla bağlı xalqa müraciət edib.

Yenicag.az xəbər verir ki, Ərdoğan bu barədə sosial media hesabında paylaşım edib.

“Zəlzələdən zərər çəkən qardaşlarıma çağırışım budur: Dövlətlə millət arasına fitnə soxmağa çalışanlara, xahiş edirəm, əsas verməyin.

Zəlzələni bəhanə edib açıq şəkildə Türkiyə düşmənliyi edənlərə əsla qulaq asmayın.

Yaşınıza, acımıza, torpaq altında yatan canlarımıza hörməti olmayan fürsətçilərin sizi pessimizmə sürükləməsinə lütfən imkan verməyin.

İtkilərdən səhlənkarlığı, qüsuru, qəsdi olanlar varsa, onların hüquq qarşısında hesabını soruşmaq boynumuzun borcudur. Bu məsələdə kimsənin gözünün yaşına baxmayacağıq”, – deyə Ərdoğan qeyd edib.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv